Bu gün 3 paralimpiyaçımız mübarizəyə qoşulacaq

Bu gün 3 paralimpiyaçımız mübarizəyə qoşulacaq

Tokio 2020 Yay Paralimpiya Oyunlarının atletika yarışlarında bu gün Azərbaycanın üç təmsilçisi çıxış edəcək.

Aktual.az xəbər verir ki, 100 metr məsafəyə qaçışda gümüş medalı boynundan asan Lamiyə Vəliyeva və dördüncü olan Yuliya Yanovskaya (T13) bu dəfə 400 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq. Nizəatma üzrə yarışan Orxan Qasımov (F13) isə Paralimpiadada debüt edəcək.

Qasımov Bakı vaxtı ilə 15:26-da finalda, Yanovskaya və Vəliyeva isə 16:21-dən etibarən təsnifat mərhələsində mübarizə aparacaq. Qadınlar arasında 400 metr məsafəyə qaçış üzrə final yarışı sentyabrın 4-də start götürəcək.

Azərbaycan komandasının hesabında hazırda 16 medal var. Bunlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Azərbaycan medal sıralamasında 10-cu yerdə qərarlaşıb. Sıralamada ilk pillədə 76 qızıl medalla Çin dayanıb.
 
Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
Xəbər 726 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR