"Azərbaycandan Ermənistana yüklərin daşınması..." - Şahin Mustafayev


Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və ölkəmizin xoş məramının göstəricisi olaraq, müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini vurğulayıb ki, bu addım regionda etimadın möhkəmləndirilməsinə yönəlib və regional əlaqələrin inkişafına, iqtisadi qarşılıqlı fəaliyyətin və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir.
Ş.Mustafayev konkret rəqəmləri diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın yaratdığı imkanlar nəticəsində artıq yükdaşımalar həyata keçirilməkdədir:
"Bu günə qədər Rusiyadan Ermənistan Respublikasına Azərbaycan ərazisindən tranzitlə 26 min tona yaxın yük çatdırılıb. Bu yüklərin əsas hissəsini buğda və gübrələr təşkil edir”
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR