"Qalatasaray"ın sabiq prezidenti reanimasiyaya yerləşdirilib


Türkiyə "Qalatasaray"ının sabiq prezidenti Mustafa Cengizin səhhəti yenidən pisləşib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, bu səhər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan funksioner reanimasiyaya yerləşdirilib.

Oğlu Serdar Cengiz qarşıdakı 72 saatın atası üçün kritik keçəcəyini bildirib.

Qeyd edək ki, beynində şiş aşkarlanan Mustafa Cengiz daha əvvəl bir neçə dəfə əməliyyat olunub.
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR