Dünən tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun "Azərbaycan iqtisadiyyatının investisiya
absorbsiyası” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində
təqdimat mərasimi keçirilib.
Aktual.az xəbər verir ki, tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri,
iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak
ediblər.
Tədbirdə çıxış edənlər kitabda təqdim olunan "investisiya absorbsiyası”
yanaşmasının əhəmiyyətini xüsusi vurğulamış, Azərbaycanın iqtisadiyyatında
hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu
sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil
edildiyini qeyd etmişlər. Bildirilmişdir ki, əsər ümumi xarakterli nəzəri
yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik
istiqamətləndirici mənbə kimi hazırlanmışdır.
Natiqlə vurğulanmışdır
ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud
dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın
şəkildə müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri
dönüşünü qiymətləndirməyə imkan verir.
Qeyd olunmuşdur ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya
texnologiyaları, enerji
sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması
investorun qərarvermə prosesini asanlaşdırır.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin "Güzəştlər Vadisi” modeli ilə təqdim
edilməsi xüsusi vurğulanmışdır.
Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft
sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər
həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.
Xəbər 61 dəfə oxunub.