Bir paralimpiyaçımız final mərhələsində

Bir paralimpiyaçımız final mərhələsində

Tokio-2020 Yaya Paralimpiya Oyunlarında idmançılarımız mübarizəni davam etdirir.

Aktual.az xəbər verir ki, bu gün çıxış edəcək 4 paralimpiyaçımızdan 3-ü növbəti yarışlarını keçirib.

Parataekvondoçumuz Əbülfəz Abuzərli (K44) -75  kq çəki dərəcəsində ilk təsəlliverici görüşdə ukraynalı rəqibinə qalib gəlib.

Bir neçə gün öncə üzgüçülük idmanının brass kateqoriyası üzrə yarışda qızıl medalı boynundan asan Vəli İsrafilov (S12) 100 metr butterfly kateqoriyasının təsnifat mərhələsində 1:10:59 nəticə göstərərək mübarizəni dayandırıb. Digər üzgüçümüz Raman Saleh (S12) isə eyni mərhələdə 58.99 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

Atletika idman növü üzrə idmançımız Samir Nəbiyev (F57) nüvə itələmə kateqoriyasında yarışacaq. O Bakı vaxtı ilə saat 14:08-də mübarizəyə qoşulacaq.
Xəbər 847 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR