"Qalatasaray"dan yeni transfer


"Qalatasaray" klubu heyətinə yeni futbolçu qatıb.

Aktual.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Lion"un sağ cinah müdafiəçisi Leo Dyubanı transfer edib. Tibbi müayinədən keçdikdən sonra 27 yaşlı oyunçu ilə sözləşmə imzalanacaq.

Qeyd edək ki, müdafiəçi 2018-ci ilin yayından çıxış etdiyi "Lion"da 129 oyun keçirib. Dyuba Fransa millisində isə 13 matçda meydanda olub.  
Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR