İranın xarici işlər naziri Rusiyada səfərdədir

İranın xarici işlər naziri Rusiyada səfərdədir
  • DÜNYA

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 10-da Rusiyaya səfər edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
M.Zərif səfər zamanı Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Nazirlər İranla "altılıq” ölkələrinin (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) Tehranın nüvə proqramına dair imzalanan Əhatəli Razılaşma Müqaviləsi başda olmaqla bir sıra məsələləri müzakirə edəcək.
İran XİN başçısının Rusya səfərindən sonra Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin dəvəti ilə Belçikaya gedərək Brüsseldə Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri ilə də nüvə razılaşması ilə bağlı son hadisələri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, bu razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. Yanvarın 9-da rəsmi Tehran bəyan etmişdi ki, ABŞ həmin müqavilədən çıxarsa, İran da razılaşma ilə bağlı öhdəlikəri yerinə yetriməkdən imtina edəcək. 
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR