İran neft hasilatını azaltmağı tələb edir

İran neft hasilatını azaltmağı tələb edir

“Bazarda sabitlik yaratmaq lazımdır”.

İranın OPEK-dəki nümayəndəsi bəyan edib ki, İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra neft hasilatını artıran ölkələr, bazarda sabitliyin yaradılması üçün hasilat həcmini azaltmalıdırlar, İranın Shana agentliyi məlumat yayıb.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, İran və beynəlxalq vasitəçilərdən ibarət “altılıq” 2015-ci ilin iyul ayının 14-nə keçən gecə İran nüvəsi üzrə uzun illər boyu mövcud olan problemin tənzimlənməsinə dair tarixi razılaşmanı əldə ediblər.

Mürəkkəb danışıqlar hər şeyi əhatə edən fəaliyyət planının qəbul edilməsi ilə başa çatıb. Bu planın yerinə yetirilməsi İrana qarşı daha öncə BMT TŞ, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilmiş iqtisadi və maliyyə sanksiyalarını ləğv edir.

Nümayəndə əlavə edib ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərdə yaranmış diplomatik böhran yanacaq bazarlarına qısa müddətli təsirə malik olacaq.

Onun sözlərinə görə, ən böyük təhlükə təklifin bolluğudur.

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR