İngiltərədə məscid önündəki insanların üstünə yük maşını sürən, bir nəfərin ölümünə və 12 nəfərin yaralanmasına səbəb olan Daren Osborn adlı terrorçuya hökm oxunub.
Aznews.az-ın verdiyi məlumata görə, terrorçuya məhkəmədə 43 il iş kəsilib.
Hakim Bobbi Çiman 2017-ci ilin 18 iyununda Osbornun hücumu gerçəkləşdirərkən beyninin ifrat sağ fikirlərlərlə "zəhərləndiyini” bildirib.
Hakim 48 yaşındakı Osborna 43 illik həbs cəzası verərək onun cinayətini terror adlandırıb.
Aktual.az
Xəbər 279 dəfə oxunub.