İlham Əliyev Nikita Mixalkovu qəbul edib

İlham Əliyev Nikita Mixalkovu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.


Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Bu səfərin əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edilib.

Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğulayıb.

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı prezident İlham Əliyevə təqdim edib.

Aktual.az

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR