Həbsdə olan keçmiş nazirə ağır itki üz verdi

Həbsdə olan keçmiş nazirə ağır itki üz verdi


Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, bu gün sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib.
Qeyd edək ki, Ə.İnsanov 1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilib. 2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR