Gürcüstan "Nike" və "Puma" istehsalına başlayır

Gürcüstan
  • DÜNYA

Bu gün Gürcüstanın Poti şəhərində yeni tekstil fabriki açılıb.
 
"Report”un gürcü mediasına istinadən verdiyi xəbərə görə, fabriki "Adjara Textile” şirkəti istifadəyə verib.
Ümumilikdə, 3 minə yaxın insanın çalışacağı istehsalat müəssisəsinə 40 mln. lari civarında türk investisiyası yatırılıb.
Əldə edilmiş razılaşmaya əsasən, fabrik ildə 10 mln. ədəd "Nike”, "Puma”, New Balance” və "Underarmer” brendlərinin qısaqol köynəkləri və şortlarını istehsal edəcək.
"Adjara Textile”in maliyyə direktoru Qiya Lominadze (Gia Lominadze) deyib ki, ilk olaraq 1 500 nəfər işə götürüləcək: "2019-cu ildə fabrikin ikinci mərhələsinin inşasından sonra isə bu rəqəm 3 minə çatdırılacaq”.
 
Aktual.az
Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR