"Ermənistanın söykəndiyi divarlar uzun müddət davam gətirməyəcək" - PA rəsmisi


“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xarici işlər naziri” ilə başqa yerdə də görüşə bilərdi. Ancaq hər dəfə onlara viza verirlər, ABŞ-da marafon təşkil edirlər. Bu da Azərbaycanda ABŞ-a qarşı müəyyən mövqe formalaşdırır”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdeyib. O bildirib ki, ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar: “Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR