Ermənistanı AB-yə sürətlə yaxınlaşdırırıq - Leyen

Ermənistanı AB-yə sürətlə yaxınlaşdırırıq - Leyen
  • DÜNYA

Biz dinc və firavan Cənubi Qafqaz üçün çalışmaqla yanaşı, Ermənistanı Avropa Birliyinə daha da yaxınlaşdırırıq.

Aktual.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen özünün X səhifəsində yazıb.

"200 milyon avroluq bağlantı paketimiz çərçivəsində yollar və körpülər inşa edirik. Sülhə töhfə verən investisiyalarımızla isə insanlar arasında körpülər yaradırıq.

Muxtar Ticarət Tədbirlərimiz yeni imkanların qarşısını açacaq. Hazırda Ermənistanın AB bazarına ixracının 80%-i artıq tariflərdən azaddır.

Bu tədbirlərin sabah - rekord müddətdə - AB qanunvericiləri tərəfindən yekun şəkildə qəbul edilməsini gözləyirik! Nəhayət, biz enerji təhlükəsizliyini də gücləndiririk.

Beləliklə, AB-Ermənistan tərəfdaşlığı sürətlə irəliləyir, inkişaf edir və heç vaxt olmadığı qədər güclənir”, - o qeyd edib.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR