Ərdoğanla işiniz olmasın, o mənim dostumdu - Tramp

Ərdoğanla işiniz olmasın, o mənim dostumdu - Tramp
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "çətin adam” adlandıraraq onunla ehtiyatlı davranmağa çağırıb.

Aktual.az xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Körfəz ölkələrinin liderləri ilə görüşündə deyib.

ABŞ lideri Ərdoğan haqqında danışarkən onu "çox çətin adam” adlandırıb.

"Ərdoğan çox çətin adamdır. Onunla işiniz olmasın. O, möhtəşəm insandır, mənim dostumdur”,-deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp çıxışında ötən il BMT Baş Assambleyası çərçivəsində eyni məkanda Qəzza müharibəsinin dayandırılması ilə bağlı keçirilən görüşü də xatırladıb. O, Ərdoğanı həmin prosesdə iştirak edən liderlərdən biri kimi qeyd edib.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR