Elmar Məmmədyarov fransalı həmkarına başsağlığı verdi

Elmar Məmmədyarov fransalı həmkarına başsağlığı verdi

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları ilə əlaqədar Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabiusa başsağlığı məktubu göndərib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda E.Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, ona qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR