Dövlət büdcəsinə yenidən baxılacaq

Dövlət büdcəsinə yenidən baxılacaq

Azərbaycanın 2016-ci il büdcəsinə yenidən baxılacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, dövlət büdcəsinə may-iyun ayında yenidən baxıla bilər: “Məlum olduğu kimi neftin qiyməti 37 dollara yaxındır, biz isə büdcədə qiyməti 50 dollardan götürmüşük. Bununla bağlı Neft Fondundan müəyyən transfer həyata keçirilə bilər. Büdcəyə yenidən baxmaqla yanaşı müəyyən struktur dəyişikliyi də etmək lazımdır. Belə ki, büdcənin xərc hissəsinə nəzarət mexanizminin güclənməsinə ehtiyac var”.

Qeyd edək ki, ötən il dekabrın 8-də prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiqləyib. 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.

2016-cı ilin dövlət büdcəsində neftin 1 barel üçün qiyməti 50 dollar götürülsə də, “qara qızıl”ın qiyməti getdikcə aşağı düşür. Hazırda neftin qiyməti 37 dollara yaxındır. Ekspertlər neftin daha da ucuzlşacağını deyirlər.

Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR