“Dini mərasimlərin keçirildiyi yerlərdə də dövlət bayrağımız asılmalıdır” -Qənirə Paşayeva

“Dini mərasimlərin keçirildiyi yerlərdə də dövlət bayrağımız asılmalıdır”  -Qənirə Paşayeva

Bu gün millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə edilən zaman iki təkliflə çıxış edib.
Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə dini etiqad azadlığı haqqında qanuna əlavə və düzəlişlərin müzakirəsi zamanı həmkarı F.Mustafanın fikirlərini dəstəkləyərək bildirib ki,vahid İslam və ya İslam dini bayrağı anlayışı yoxdur. Hərə İslam bayrağı adı ilə müxtəlif bayraqları dini ibadət yerlərindən,dini mərasimlərin,tədbirlərin keçirildiyi yerlərdə asırlar, dalğalandırırlar. Bizim dövlət bayrağımızda bizim müsəlman ölkəsi olmamız, İslam dini yaşıl rənglə özünün əksini tapıb. Ona görə də dini ibadət yerlərində, dini mərasimlərin keçirildiyi yerlərdə də dövlət bayrağımız asılmalıdır, başqa bayraqlar deyil. Bu məsələnin qanuna öz əksini tapması yaxşı olardı.Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, əlavə və düzəlişlərdə "İslam dininə aid” sözü çıxarılmalıdır: “Hesab edirəm ki, həmin cümlə “dinə aid ayin və mərasimlərin aparılması Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilməlidir” kimi ifadə olunsa, daha yaxşı olar. İslamla yanaşı digər dinlərlə bağlı da dini ibadət yerlərində ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilməsi daha doğru olardı".

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR