Daha bir rəqibi Azay Quliyevi qələbə münasibətilə təbrik etdi

Daha bir rəqibi Azay Quliyevi qələbə münasibətilə təbrik etdi

 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Yalçın Baloğlanov bəyanat yayıb.

O, bildiri ki, seçkiyə qoşulan bütün namizədlərin seçicilərin etimadını qazanmağa layiqli insanlar olmağı şübhə yaratmayıb. Seçkilərin yekunu Azay Quliyevin seçici etimadını daha çox qazanmasını təstiq etmişdir. 
“Bununla əlaqədar Azay Quliyevi bu münasibət ilə təbrik etmək və onun bu işdə Azərbaycanımız və xalqımıza qulluq etməkdə güc və uğurlar diləmək istərdim. İnanmaq istərdim ki, Azay müəllim Milli Məclis deputatı kimi Azərbaycanımızın Qanunvericilik sahəsində qanunların səmərəliyini, insan hüquqlarının prioritetliyi üçün əlindən gələni əsirgəməyəcək, cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olunması üçün bacarıq və biliklərini əsirgəməyəcək. Azərbaycanımızın Beynəlxalq aləmdə nüfuzunun artması üçün işini davam etdirəcəkdir!”- deyən Yalçın Baloğlanov sonda Azay Quliyevə bu məsuliyyətli işdə uğurlar diləyib. 

Qeyd edək ki, Yalçın Baloğlanov Azay Quliyevi qələbə münasibətilə təbrik edən sayca ikinci rəqibidir. Buna qədər Böyük Quruluş Partiyasının (BQP) namizədi kimi 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Dürdanə Aslanzadə də Azay Quliyevi möthəşəm qələbəsi münasibətilə təbrik etmişdir. 

Aktual.az

Xəbər 1372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR