Britaniyadan Azərbaycana qarşı böyük — TƏXRİBAT

Britaniyadan Azərbaycana qarşı böyük   — TƏXRİBAT

Böyük Britaniyanın Bristol şəhərində yerləşən “Regent Holiday” turizm şirkəti Dağlıq Qarabağa qanunsuz səfərlər həyata keçirməyi planlaşdırır.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, şirkət Dağlıq Qarabağa qrup səfərlərinin gələn il mayın 6-dan başlayacağının anonsunu verib. Səfər Ermənistandan başlayacaq və 11 günlük olacaq. Növbəti səfər isə 28 avqusta planlaşdırılır. Turistlərə İrəvandan başlayaraq Dağlıq Qarabağda Şuşa və Xankəndi şəhərlərinə səfər təklif edilir.

Şirkətin saytında Dağlıq Qarabağ "1992-ci ildə müstəqilik qazanmış, Azərbaycan daxilindəki erməni anklavı" kimi göstərilib və onun müstəqilliyinin heç bir dövlət tərəfindən tanınmadığı diqqətə çatdırılıb. 

Qeyd edək ki, turizm şirkəti Azərbaycana səfərlər təşkil etmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev fakta münasibət bildirərək deyib ki, XİN-in təlimatı əsasında Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin rəsmi dövlət orqanları və şirkət qarşısında bu cür fəaliyyətin qeyri-qanunu xarakter daşıdığı məsələsini qaldıracaq və bu istiqamətdə zəruri tədbirlər görüləcək.

Xəbər 600 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR