Bələdiyyə qulluğu ilə bağlı yeni qadağalar

Bələdiyyə qulluğu ilə bağlı yeni qadağalar

"Bələdiyyə qulluğu haqqında" qanuna dəyişikliklər ediləcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, dəyişikliklər layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, təklif olunan dəyişikliyə əsasən, vəzifələrin icrası zamanı "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunda nəzərdə tutulan hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək qadağan olunur.

Komitə sədri qeyd edib ki, digər bir dəyişikliyə görə isə bələdiyyə qulluqçuları vəzifələrinin icrası zamanı Azərbaycan Konstitusiyasına, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanuna və ölkənin digər qanunlarına əməl etməlidirlər. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR