Bakıda ucuz maşın hərracı olacaq - CƏDVƏL

Bakıda ucuz maşın hərracı olacaq - CƏDVƏL

Oktyabrın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. 
 
ƏMDK-nın yaydığı məlumata görə, hərraca istehsal ili 2003-cü ildən 2007-ci ilə qədər olan 7 nəqliyyat vasitəsi çıxarılacaq. Maşınların qiyməti 3415 manatdan 7565 manata qədər dəyişir. 1-56-cı sətirdə olan avtomobillər təkrar hərraca çıxarılır. 1-5-ci sətirdə olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır. Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. 
 
Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə oktyabrın 3-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.
06 oktyabr 2015-ciil tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı.
Xəbər 1347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR