"Bakcell"in baş texniki direktoru oxucuların suallarını cavablandıracaq


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz abunəçilərini ən yaxşı müştəri təcrübəsi ilə təmin etmək üçün şəbəkəsinin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işləri başa çatdırıb.

Aktual.az İKT.Lent.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, hazırda 5300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində "Bakcell" özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

"Bakcell"in son yenilikləri və gələn il üçün planları barədə oxucuların suallarını şirkətin baş texniki direktoru Yiğit Berktaş İKT.lent.az saytında cavablandıracaq. Suallarınızı noyabrın 20-si saat 18.00-a kimi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Ən yaxşı sualın müəllifini hədiyyə gözləyir!

Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR