Azərbaycanlılar Ukraynada etiraz aksiyası keçiriblər

Azərbaycanlılar Ukraynada etiraz aksiyası keçiriblər
  • DÜNYA

Azərbaycan icmasının nümayəndələri Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçiriblər.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, aksiyada 150 nəfər iştirak edib.
Onlar hüquq-mühafizə orqanlarını Ukraynadakı azərbaycanlılara təzyiq edən, onları oğurlayan cinayətkarlara qarşı tədbirlər görməyə çağırıblar.
Bəzi mitinq iştirakçılarının fikrincə, cinayətkarlar güc strukturlarından qorxmurlar və Ukraynada sahibkarlıqla məşğul olan 20-dən çox azərbaycanlı oğurlanıb.
Aksiya iştirakçıları üzərində "Ukraynaya sərmayə qoymaq istəyirəm, amma bu, təhlükəlidir", "90-cı illər geri qayıdır", "Ukraynada quldurluğa qarşıyıq. Bizi qoruyun" yazılmış plakatlar tutublar.
 
Aktual.az
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR