Azərbaycanda yeni agentlik yaradılacaq

Azərbaycanda yeni agentlik yaradılacaq

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Dünya Bankının (DB) Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndilikdən qeyd ediblər ki, bu, Azərbaycan hökumətilə DB-nin birgə hazırladığı bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya layihəsində irəli sürülmüş mümkün ssenarilərdən biridir.

DB-nin Bakı ofisindən bildiriblər ki, hazırda müzakirələr davam edir: "Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq".

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR