Azərbaycanda 2 gecəlik hotel qiyməti 6180 AZN-dır (SİYAHI)

Azərbaycanda 2 gecəlik hotel qiyməti 6180 AZN-dır (SİYAHI)

Paytaxt sakinləri 2022-ci ili qarşılamaq üçün bölgələrdə, xüsusən də hotellərdə keçirməyə üz tutur.  

"Unikal"  Yeni İldə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra hotellərin qiymətlərini araşdırıb. Onlardan bəzilərini  təqdim edirik:

Şamaxı Palace Sharadil Hotel

Şamaxı Palace hotelində Yeni il bayram qiymətləri 1280 AZN-dən başlayır. Qiymət delüks otaqda, 2 gecə 2 nəfərlik, 3 dəfə qidalanma sistemi üzrə hesablanıb. Dekabrın 31-i, yanvarın 1 və 2-i tarixlərində 4 nəfərlik suit otaqların qiyməti isə 6180 AZN-dır. 

Qalaaltı Hotel & Spa

Dekabrın 31-i və yanvarın 1-2-i üçün 3 gecəlik qiymət 2 nəfərlik standart nömrələr üçün 1170 AZN-dır.  4 nəfərlik  standart otaqların qiyməti  isə 2340 AZN təşkil edir. 

Silent Lake Shamakhy Hotel 

Hotel dekabrın 30-31-i və yanvarın 1-i tarixləri üçün 3 gecə 4 günü əhatə edən proqram nəzərdə tutub. Belə ki, 2 nəfərlik standart otağın qiyməti 1190 AZN-dır. 4 nəfərlik üçün iki otağın qiyməti isə 2380 AZN təşkil edir.  Səhər yeməyi, Qala yeməyi, şou proqramlar, canlı musiqi, fitnes zalları, qapalı hovuz və  sauna  qiymət daxilindədir. 

Lankaran Springs Wellness Resort

Cənub zonasında yerləşən lüks  hotel Yeni İl bayramı üçün xüsusi  qiymət  yəklif edir. Belə  ki, dekabrın 31-i və yanvarın 1-2-i tarixləri üçün 3 günlük  2 nəfərlik standart nömrə 1170 AZN, 4 nəfərlik otağın qiyməti  isə 2340 AZN-la təklif olunur. Proqramına 3 dəfə qidalanma, SPA xidmətləri və Yeni il gecəsi üçün xüsusi şənlik proqramı daxildir.

Qafqaz Riverside Hotel, Qəbələ 

Bayram ərəfəsində hoteldə 2 gecələmə üzrə qiymətlər müəyyən olunub. Belə ki, 2 nəfərlik standart otağın qiyməti 453-606 AZN təşkil edir. Qiymətə 3  dəfə  səhər  yeməyi, Qala gecəsi  və  canlı musiqi daxildir. 
Xəbər 1603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR