Azərbaycancanın ictimai-siyasi həyatı Rusiya mətbuatında – Fikrət Yusifovun təqdimatında

Azərbaycancanın ictimai-siyasi həyatı Rusiya mətbuatında   – Fikrət Yusifovun təqdimatında

Moskva Dövlət Universitetinin əsasən postsovet məkanında ictimai-siyasi vəziyyəti öyrənən məşhur Analitik İnformasiya Mərkəzi özünün rəsmi saytında (http://ia-centr.ru) “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun “Азербайджанское общество выбрало стабильность” (Azərbaycan cəmiyyəti sabitliyi seçir) sərlövhəli məqaləsini yayımlayıb.

Azərbaycanın ictimai-siyasi həyatının ayrı-ayrı tərəflərinə işıq salınan məqalədə V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrindən, hakim Yeni Azərbaycan Partiyanın növbəti dəfə əldə etdiyi qələbədən söz açılaraq, çağdaş dövrün reallıqları xüsusunda cəmiyyətin Parlamentdən böyük gözləntilərinin olduğu vurğulanıb. 

Müəllif Azəbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ölkədə son illər ərzində aparılan islahatlara xüsusi diqqət ayıraraq Prezident İlham Əliyevin iradəsinə söykənən bir sıra kardinal dəyişikliklərdən, əhalənin sosial rifahının yüksəldilməsinə hesablanmış dövlət proqaramlarından, korrupsiya və rüşvətxorluğa qarşı dövlət səviyyəsində atılan sərt addımlardan, eləcə də ölkənin iqtisadi potensialının daha da artırılması yönündə həyata keçirilən ardıcıl tədbirlərdən ətraflı şəkildə bəhs edib. 

Məqalədə Prezident İlham Əliyevin son günlər ərzində imzaladığı bir sıra fərman və sərancamların şərhinə də geniş yer ayrılıb. Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə biznes sahəsinin bütün subyektlərinin iki illik yoxlamalardan azad olunması, gömrük şərtlərinin xeyli sadələşdirilərək fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan malların gömrük ödənişinə cəlb edilməməsi, eləcə də ipoteka şərtlərinin sadələşdirilməsi və “İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə fərmanları misal göstərən müəllif qeyd edib ki, bütün bu addımlar dövlətin sosial-iqtisadi siyasətinin davamıdır və bu siyasət öz başlanğıcını illər öncədən götürüb.

Məqalədə dövlətin gənclər siyasətindən, Kütləvi İnformasiya Vasitələri,vətəndaş cəmiyyəti və siyasi partiyaların vəziyyətindən də geniş şəkildə söz açılıb. Müəllif ölkədə fəaliyyət göstərən media orqanlarınln sayının 5 minə yaxınlaşdığını, internetin tamamilə azad olduğunu, sosial şəbəkə istifadəçilərinin sayının 1 milyona çatdığını, dövlətin Prezident Yanında  Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun xəttilə mediaya layihələrini maliyyələşdirdiyini və onların inkişafını təmin edəcək birdəfəlik yardımlar ayrıdiğını xüsusi vurğulayaraq, bu dəstəyin Qeyri Hökumət Təşkilatlarını da əhatə etdiyinə diqqət yönəldib. Ölkədə 4 mindən artıq qeyri-hokumət(qeyri-kommersiya) təşkilatının qeydiyyatdan keçdiyini qeyd edən müəllif Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının böyük rol oynadığını vurğulayıb. Bütün bu işlərlə yanaşı, məqalədə hakimiyyətlə müxalifət partiyaları arasında dialoq mühitinin qorunub saxlanılması istiqamətində atılan addımlardan da bəhs olunub. F.Yusifov qeyd edib ki, təkcə 2015-ci il ərzində Prezident köməkçisi, Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə hakimiyyət təmsilçiləri və müxalifər partiyalarının sədrləri arasında bir neçə görüş keçirilb və bu görüşlərdə ölkə əhəmiyyətli bir sıra məsələlər müzakirə olunaraq qarşı tərəfin rəy və təklifləri dinlənilib.

F.Yusifov öz təhlilində son dövrlər qərbin bəzi dairələri tərəfindən Azərbaycana qarşı aparılan qərəzli kampaniyalardan da söz salıb. Bu təziqlərin əsası olmadığını, ölkə reallıqları ilə uyğunluq təşkil etmədiyini və əsasən siyasi maraqlara hesablandığını qeyd edən müəllif Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir neçə gün öncə işıq üzü görmüş və ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı məqaləsini  bu kimi əsası olmayan, qərəz və böhtan dolu kampaniyalara tutarlı cavab kimi nümunə göstərib.

Məqalədə Azərbaycanın bütün sahələr üzrə daha sürətli inkişafını təmin edəcək iqtisadi potensialından, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə irimiqyaslı tədbirlər görülməsindən və bunun da nəticəsində Ümumi Daxili Məsulda və ixracatda qeyri-neft sektorunun xüsusi çəkisinin sürətlə artmasından da ətraflı şəkildə bəhs olunub. Müəllif qeyd edib ki, hazırda dünyada müşahidə olunan iqtisadi böhran fonunda Azərbayacan öz inkişaf tempini qoruyub saxlayır, ölkə əhalisi isə gələcəyə daha inamla baxaraq Prezident İlham Əliyevin yürütdüyü siyasətə hərtərəfli şəkildə dəstək verir.

Məqalə ilə buradan tanış ola bilərsiz:

http://ia-centr.ru/expert/22064/

Aktual.az

Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR