Azərbaycan GUAM-a sədrlik edəcək

Azərbaycan GUAM-a sədrlik edəcək

Belqradda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, toplantıda əməkdaşlıq üzrə cari məsələlər, siyasi, digər sahələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Şura Gürcüstan nümayəndəsi Valeri Çeçelaşviliyə GUAM baş katibi kimi uğurlu fəaliyyətinə görə təşəkkür edib. İclasda 1 yanvar tarixindən başlayaraq təşkilata sədrliyin Azərbaycan keçəcəyi, baş katibin isə Altay Əfəndiyev olacağı bildirilib.

Görüşdə GUAM-ın ABŞ, Yaponiya kimi tərəfdaş ölkələr, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığına yüksək qiymət verilib.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR