Azərbaycan banklar üçün yüksək risk olan ölkələr qrupunda

Azərbaycan banklar üçün yüksək risk olan ölkələr qrupunda

“Bu amillər bankların gəlirinə təsir edəcək”.

“Standard&Poor`s” beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sistemi üçün yüksək riskin olduğu ölkələr qrupuna daxil edib.

Bu barədə agentliyin hesabatında qeyd edilir.

“Şirkətlərinin müxtəlif valyutalarda aktiv və öhdəçiliyi olan ölkələrin bankları real risk daşıyırlar. Avropa, Yaxın Şərq, Afrika regionunda bu ilk növbədə Azərbaycan, Qazaxıstan, Ukrayna və Nigeriyaya aiddir”, - agentlik bildirib.

“Avropa, Yaxın Şərq, Afrika regionu ölkələrində valyutanın qiymətdən düşməsi bankların riskini necə artırır?” adlı hesabatında region bankları üçün risklərin xarici valyutaların və əsas payın valyuta depozitlərinə məxsus olması ilə əlaqədar olduğu, məsələn, Azərbaycanda olduğu kimi, depozitlərin yarısının xarici valyutanın payına düşdüyü qeyd edilir.  

Hesabatın müəlliflərinin fikrincə, xarici valyuta ilə əldə edilən malların dəyərinin artması amili bankların gəlirinə təsir edəcək.\oxuaz

Aktual.az

Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR