Amerika məhkəməsi Apple korporasiyasının Medisonda yerləşən Viskonsin universitetinin patent hüququnu pozduğuna görə 234 milyon dollar cərimə edib, Business Insider məlumat yayıb.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, sənədlərə görə, bəzi IPhone və IPad modellərində A7, A8 və A8X prosessorların istifadə edilməsi Viskons məzunları tədqiqat fondunun (WARF) 1998-ci ildəki patent hüququnu pozur.
Qeyd edilir ki, 3,5 saatlıq iclasdan sonra Medison məhkəməsi fondun iddia tələbini təmin edib, 2014-cü ilin yanvar ayında irəli sürülən iddianın məbləği 400 milyon dollar olub.
Daha öncə Apple-nin 862 milyon dollar cərimə edilə biləcəyi xəbər verilmişdi.\oxu.az\