Özünü qatarın altına atan oğlanın meyiti çıxarıldı Faciə/Yeniləndi

Özünü qatarın altına atan oğlanın meyiti çıxarıldı   Faciə/Yeniləndi

Bakıda bu dəqiqələrdə metronun “28 May” stansiyasında faciə baş verib. 

Aktual.az xəbər verir ki, hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb. 

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı “Qafqazinfo”ya faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.

Hadisə şahidləri bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.

***

***
ATV.az saytının məlumatına görə, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.

12:38

***

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a metroda hərəkətin dayandığını deyib: “Hazırda qatarın altında qalan şəxsi çıxarmağa çalışırıq. Metroda hərəkət dayanıb. Digər tərəfdən isə metroda hərəkət bərpa olunacaq. 

N.Paşayev vurğulayıb ki, qatarın altında qalan şəxsin kimliyi onu çıxarandan sonra bilinəcək. 

12:42
***

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, meyit artıq qatarın altından çıxarlıb: “Meyit artıq qatarın altından çıxarılıb. Hüquq-mühafizə orqanlarına təhvil verilib. Aidiyyəti üzrə araşdırma aparılıb, məlumat veriləcək”. 

Xəbər 3157 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR