Zəncirvari qəzada 3 maşın yararsız hala düşdü

Zəncirvari qəzada 3 maşın yararsız hala düşdü

Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib.

Aktual.az ans press-ə istinadən xəbər verir ki,  hadisə Lənkəran-Boradigah yolunun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Cil kənd sakini Fövzü Bağırovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili qarşı tərəfdən gələn Farid Eyvazovun idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə toqquşub.

Daha sonra “Mersedes” markalı avtomobil yolun kənarında dayanmış Lənkəranın Şağlaser kənd sakini Yalçın Əliyevə məxsus “VAZ-2106” markalı minik avtomobilinə çırpılıb. Zəncirvari qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə baş verən ərazidə tıxac yaranıb. Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə şose yolda yaranan tıxac aradan qaldırılıb. 

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR