Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb - FOTO

Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb - FOTO

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.


"Report"un Şirvan bürosunun məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.







Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR