Zaqatalada zəncirvari qəza - Ölən və yaralananlar var

Zaqatalada zəncirvari qəza   - Ölən və yaralananlar var

Zaqatalada zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda, Zaqatala şəhərinin girəcəyindəki Tala çayı üzərindəki körpüdə baş verib.

Bir neçə avtomobilin toqquşması nəticəsində, şəxsiyyətləri hələlik məlum olmayan, biri ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanaya aparılarkən yaralılardan biri yolda keçinib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Aktual.az

Xəbər 633 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR