Zaqatalada “VAZ”la “Shacman” toqquşub - 2 ölü

Zaqatalada “VAZ”la “Shacman” toqquşub - 2 ölü

Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Aktual.az-a məlumat verilib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda "VAZ" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşub.
Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR