Zaqatalada narkotik əkən keçmiş polis tutuldu

Zaqatalada narkotik əkən keçmiş polis tutuldu

Zaqatalada keçmiş polis əməkdaşı polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Aktual.az-a  daxil olan məlumata görə, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Xəbər 902 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR