Zaqatalada ev yandı

Zaqatalada ev yandı

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub.

Yanğın bu gün axşam saat 17:40 radələrində rayonun Yuxarı Tala kəndində, kənd sakini Elsevər Abdullayevə məxsus ümumi sahəsi 290 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Nəticədə evin ikinci mərtəbəsindəki otaqlardan birinin 24 kv/m tavanı və dam örtüyündən 50 kv/m sahə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı qısa müddət ərzində alıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır. (APA)

Aktual.Az

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR