Zakir Həsənov rusiyalı həmkarı ilə təkbətək görüşdü

Zakir Həsənov rusiyalı həmkarı ilə təkbətək görüşdü

Bu gün Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub

Aktual.az APA-ya istinadən xəbər verir ki, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib.

Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib. 

 
Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR