Yol kənarında dayanan piyada vuruldu

Yol kənarında dayanan piyada vuruldu

Gəncədə piyadavurma hadisəsi baş verib.

Aktual.az  Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, naməlum avtomobil Şah İsmayıl Xətai prospektində, yol kənarında dayanan Xəqani küçəsi ev 17-də yaşayan 27 yaşlı İman Əliyevi vurub.

Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan yaralıya başın yumşaq toxumasının əzniyi, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR