Yevlax sakini həmyerlisi tərəfindən bıçaqlandı

Yevlax sakini həmyerlisi tərəfindən bıçaqlandı

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az Trend-ə istinadən bildirir ki, rayon sakini Əmirov Cabir Qədir oğlu ilə həmyerlisi İsmayılov Rəşad Füzuli oğlu şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə R.İsmayılov C.Əmirovu bıçaqlayıb.
Yaralı Yevlax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR