Yevda Abramov Qırmızı Qəsəbədə dəfn olunacaq

Yevda Abramov Qırmızı Qəsəbədə dəfn olunacaq

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Bunu "Report"a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-də saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.
Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR