Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

Bir millimetrdən on santimetrə qədər ölçüyə malik bir milyarddan çox kosmik fəza qırıntısı Yerətrafı orbitdədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələri Qoşunlarının Elmi-Tədqiqat Mərkəzinin nümayəndəsi Oleq Aksenov bildirib.
"Bu gün mütləq ifadədə xırda hissəciklərin miqdarı 1,25 milyardqiymətləndirilir", - deyə o, Moksvada keçirilən kosmik problemlər üzrə konfransda bildirib.
Aksenovun sözlərinə görə, söhbət 1 millimetrdən 10 santimetrə qədər ölçüyə malik hissəciklərdən gedir.
NASA tərkibindəki Conson adına Kosmik Mərkəz bölməsinin saytında dərc edilmiş məlumatlara əsasən orbitdə 1-10 santimetrə qədər 500 min obyekt və 1 millimetrdən çox 100 milyon hissəcik mövcuddur. Onların uçuşunun sürəti saniyədə 7-8 kilometrdən 10-15 kilometrə qədər təşkil edir. Onların sürəti güllələrdən on dəfə çoxdur.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR