Vuçiçdən xəbərdarlıq: "Aclıq aksiyasına başlayacağam"

Vuçiçdən xəbərdarlıq:
  • DÜNYA

Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç hakimiyyət orqanları tərəfindən həbsinə cəhd ediləcəyi təqdirdə aclıq aksiyasına başlayacağını bildirib. O qeyd edib ki, belə bir hal yaşanarsa, bir milyon insan etiraz üçün küçələrə axışacaq.

Aktual.az xəbər verir ki, bu barədə "Glassrpske" nəşri məlumat yayıb.

"Hadisə baş verdiyi an küçələrdəki bir milyon insanla nə edəcəksiniz?", - deyə Vuçiç vurğulayıb.

Sabiq dövlət başçısı ölkədən qaçmaq və ya gizlənmək niyyətində olmadığını da əlavə edib. O, parlamentində səs çoxluğu qazanmış tələbə hərəkatının təmsilçilərini sərt tənqid edib. Bildirib ki, rəqiblər özlərinə düşmən hesab etdikləri şəxslərə ziyan vurmağa çalışırlar.

Bundan əlavə, siyasətçi Serbiya Tərəqqi Partiyasının (STP) növbəti prezident seçkilərində iştirakının əleyhinə çıxış edib. O hesab edir ki, bu addım onun siyasi rəqiblərinə legitimlik qazandıra bilər.

Xatırladaq ki, oktyabrın 31-də ölkənin keçmiş rəhbəri üçün yeni iş yerinin tapıldığı bildirilmişdi. Onun namizədliyi yenidən Serbiya Tərəqqi Partiyasının (STP) sədri vəzifəsinə irəli sürülüb.

Vuçiç 2012-ci ildən 2023-cü ilə qədər partiyaya rəhbərlik edib. Sentyabrın 27-də o, Serbiya prezidenti postundan istefa verib, oktyabrın 25-də keçirilən seçkidən sonra isə rəhbərlik etdiyi "Birləşmiş Serbiya" koalisiyasının məğlubiyyətini və müxalif "Tələbə siyahısı"nın qələbəsini etiraf edib.

Qeyd edək ki, səsvermənin oktyabrın 25-də açıqlanan nəticələrinə əsasən, serb müxalifəti cüzi fərqlə qalib gəlib. "Tələbə siyahısı" tərəfdarlarının oktyabrın 26-da təşkil etdiyi kütləvi şənliklər sonradan küçə iğtişaşlarına çevrilib. (oxu.az)
Xəbər 15 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR