Britaniyalı müəllifin əsərində Bakı belə təsvir olunub

Britaniyalı müəllifin əsərində Bakı belə təsvir olunub

Çarlz Tomas Marvin 19 -cu əsr britaniyalı yazıçı idi. Yazıçılıqla yanaşı jurnalist, kəşfiyyatçı-tədqiqatçı və geopolitik də, olmuşdur. Onun yazıçılıq  səyahəti Böyük Britaniya və Rusiya  İmperiyası arasında olan "Böyük Oyun" dövrünə təsadüf edirdi.

Aktual.az xəbər verir ki, müəllifin Azərbaycan haqqında iki məşhur əsəri var. "The region of the eternal fire” ( Əbədi olan ocaq diyarı) 1884 -cu ildə Çarlz Marvin tərəfindən yazılmışdır. Əsər Bakının neftinin dünya bazarındakı rolundan bəhs edir. Çarlz bu əsərdə Atəşgahı , digər Abşeron kəndlərini də, adını sadalayır və Nobel qardaşlar ilə yanaşı Hacı Zeynalabdin Tağıyevin də, adını çəkmişdir.

Digər əsəri, "Baku: The petrolia of the hopeful" (Bakı: Ümidlərin neft paytaxtı) Bakının tezliklə energetika mərkəzinə çevriləcəyini vurğulayır. Olduğu kimi bu əsərdə  1884-cü ildə yazılmışdır. Müəllif bu əsərdə Bakıya ümidləndiyini və tezliklə Amerika neft sənayesini belə geridə qoyacağını vurğulamışdır.

Qeyd edək ki, Çarlz Marvin öz əsərlərində Bakını Qara şəhər olaraq adlandırıb. Bunun səbəbi isə, zavod tüstüləri, neft emalı müəssisələri və şəhərin unikal sənayə arxitekturasıdır. (modern.az)
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR