Azərbaycanda İtaliyanın iki arxeoloji missiyası fəaliyyət göstərir

Azərbaycanda İtaliyanın iki arxeoloji missiyası fəaliyyət göstərir

Azərbaycanda iki İtaliya arxeoloji missiyası fəaliyyət göstərir.

Aktual.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, mədəni əlaqələrin yalnız universitetlər səviyyəsində deyil, daha geniş miqyasda inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır: "Bildiyimə görə, universitetimiz də minilliklər ərzində bu ərazidə yaşamış insanların tarixinin və maddi-mədəni irsinin öyrənilməsinə töhfə verməkdə maraqlıdır. İtaliyalı arxeoloqlarımız da bu missiyalarda iştirak etməyə hazırdırlar”. (apa)
Xəbər 148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR