"İran düşmənin addımlarına qəti cavab verməyə və döyüşün coğrafiyasını dəyişməyə hazırdır”.
Aktual.az-ın məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdəki çıxışı zamanı regionda baş verən son hadisələrə münasibət bildirərkən deyib.
"Sözümüz əvvəldə dediyimiz kimidir. İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və heç bir danışıq aparılmayacaq”, - parlamentin sədri vurğulayıb.
Qalibaf ABŞ Prezidenti və maliyyə nazirinin son bəyanatlarına da toxunaraq bildirib ki, İranın mövqeyi aydın və dəyişməzdir.
Xəbər 35 dəfə oxunub.