Dünyanın ən kiçik avtomobili kimi "Ginnesin Rekordlar Kitabı”na düşən "Peel P50” avtomobili satışa çıxarılır.
Aktual.az xəbər verir ki, avtomobil İngiltərənin "İconic Auctioneers” şirkəti tərəfindən hərraca qoyulub.
1964-cü il istehsalı olan üçtəkərli avtomobilin ilkin hərrac qiyməti 40 min funt-sterlinqdir. Cəmi bir nəfər və kiçik alış-veriş çantası üçün nəzərdə tutulan "Peel P50”nin uzunluğu 137, eni isə 106 santimetrdir. 49 kubsantimetrlik mühərrikə malik avtomobil saatda təxminən 64 kilometr sürət yığa bilir.
Hərrac noyabrın 14-də keçiriləcək. (axar.az)
Xəbər 62 dəfə oxunub.