OpenAI şirkəti süni intellekt modellərinin "gözlənilməz və ya narahatlıq doğuran” davranışının altı halını açıqlayıb.
Aktual.az Konkret.az-a istinadən xəbər verir ki, yeni hallar arasında hələ ictimaiyyətə təqdim edilməmiş tədqiqat modelinin öz qeydlərinə məhdudiyyətlərini görməməzliyə vurmaq üçün "ceyrilbrikə (sındırmaya – Red.) bənzər təlimatlar” əlavə etməsi də var. Model həmçinin özünə digər çat-botları məhdudlaşdıran "rollardan və kimliklərdən azad olmaq” istədiyini yazıb.
Digər bir halda süni intellekt agenti istifadəçidən icazə istəmədən brauzer üçün mənbəyə keçid əldə etmək məqsədilə faylları internetə yükləyib. OpenAI-nin açıqlamasına görə, hər altı hal son aylarda modellərin təlimi və ya qiymətləndirilməsi zamanı müəyyən edilib.
Şirkət həmçinin süni intellekt modellərinin müəyyən edilmiş məqsədlərdən kənara çıxan davranışlarının izlənilməsi, araşdırılması və açıqlanması üçün yeni sistem tətbiq etdiyini bildirib. Söhbət, məsələn, modellərin icazəsiz hərəkət etməsi, digər modellərlə fəaliyyətlərini əlaqələndirməsi və ya nəzarətdən yayınması üçün istifadə edə biləcəyi yeni üsullardan gedir.
BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl süni intellektdən istifadə ilə bağlı risklərin məhdudlaşdırılması məqsədilə beynəlxalq əməkdaşlığa çağırıb. Onun fikrincə, süni intellekt sistemlərinin məsuliyyətli hazırlanması prinsipləri ilə bağlı ümumi anlayış formalaşdırmaq lazımdır.
Ən iri süni intellekt şirkətlərinin rəhbərləri ən güclü modellərin inkişafının ləngidilməsi ideyasını dəstəkləyirlər. Məsələn, Anthropic şirkətinin rəhbəri Dario Amodei belə təkliflə çıxış edib. O, süni intellekt üzərində nəzarətin itirilməsi, texnologiyanın kiberhücumlar və bioterrorizm məqsədilə istifadəsi təhlükəsi barədə xəbərdarlıq edib.
Xəbər 63 dəfə oxunub.