Yeni ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər - SİYAHI

Yeni ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər - SİYAHI

Yeni ilə sayılı günlər qalıb. "Yeni il xarici ölkələrdə daha gözəl qeyd olunur", - deyə düşünürsüzsə, Aktual.az ailem.az-a istinadən Yeni ili keçirə biləcəyiniz ən gözəl şəhərləri təqdim edir.

Las Veqas - Məşhur otellər fərqli yeni il partiləri təşkil edir. Göz qamaşdırıcı fişəng partlayışları nümayiş etdirilir.
Nyu Yorkun yeni ildə ən sevilən yeri "Times" meydanıdır. Yeni ildə məşhur ifaçılar səhnəyə çıxır, fişənglər atılır. İnsanlar çox əylənir. "Bronx" heyvanlar bağında təşkil edilən yeni il şənliyində isə işıqlandırılan dəvə, qaplan, timsah heykəlləri arasında bayram mahnıları ifa olunur.
Parisdə yeni il günü "Champs Elysees" bulvarı və Eyfel qülləsi ətrafındakı meydanlarda tamamilə tıxac yaşanır. "Champs Elysees"lə kəndin ən önəmli tarixi əsərləri işıqlandırılaraq bəzədilir. Saat 24:00-da Trocadero meydanındakı "Chaillot" sarayının arxasından və Eyfel qülləsindən möhtəşəm fişəng nümayişi başlanır. İnsanlar qucaqlaşaraq öpüşürlər. İçkilərini bir-birinə təklif edərək "Bonne anne" deyərək qışqırırlar.
Saatlar 23:00-ı göstərən kimi Rusiyadakı bütün kənd, qəsəbələr boşalır. Göy üzündə milyonlarla fişənglər partladılır. Sonra insanlar şampan şüşələri ilə küçələrə çıxır. Daha çox "Qızıl meydan"da görüşüb əylənirlər.
Yeni il üçün Praqa küçələri bəzədilir. İnsanlar bir araya gələrək yemək yeyib, şərab içərlər. "Charles" körpüsü üzərində havaya fişənglər atılır. İnsanlar əlinə içkisini alıb qələbəliyə qarışırlar.
Rio De Janeyro. Braziliyalılar yeni il gecəsi günün ilk işıqlarına kimi içki içib,  rəqs edərlər. Lüks sahil otellərində yeni il partiləri təşkil edilir. İnsanlar ağ paltarlar geyinərək əllərində daşıdıqları şamları inandıqları dəniz ilahəsi Lemanjaya təqdim edərlər.
Sidneydə yeni il həftəsi ofislər bağlanır, fabriklər işləmir, çox adam tətilə gedir. Addımbaşı şaxta babalar olur. Sidneydə yeni il gecəsi dünyanın ən böyük fişəng nümayişi yaşanır. Hər il yeni mövzu seçilir. Mövzuya uyğun simvol "Harbour" körpüsünə asılır.
Amsterdamda şəhərin ən məşhur meydanı olan "Dam"da yeni il şənliyi 24 saat davam edər. Fişənglər, konsertlərlə yeni il çox əyləncəli keçər.
İspaniyada yeni ilin qeyd olunması ailə və dostların bir araya gələrək böyük yemək süfrəsiylə başlayar. Gecə yarısı ispanlar ağızlarına bir gilə üzüm atar. Buna da "yaxşı şans üzümü" deyilir. İnsanlar Las Ramblas küçəsində, ya da Qotik meydanında toplaşır. Musiqi ilə əyləncə səhərə  qədər davam edir.
Berlin hər yeni ildə müxtəlif işıqlarla alışıb yanır. Gecə yarısı Brandenburg qapısının önündə adamlar toplaşar. Dünya mətbəxinin fərqli məhsulları satılar. Mədəniyyət şöləni yaşanır.
Londonda on minlərlə insan Trafalqar meydanına gəlir. Metro erkən bağlanır, yollar tıxac olur. "Covent Fgardein" bağının içindəki açıq sahələr, əyləncə meydanları insanlarla dolar. Yeni ili qeyd edərkən insanların bir-birini öpməsi Londona məxsus fərqli özəllikdir. 
Xəbər 973 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR