Ermənistan gələn il müdafiə sektoruna ayıracağı vəsaiti artırmağı planlaşdırır. 2027-ci ildə ölkənin Müdafiə Nazirliyinin büdcəsi cari illə müqayisədə 147,22 milyon dollar çox olacaq.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Nazirin sözlərinə görə, gələn il Müdafiə Nazirliyinin sərəncamına 616 milyard dram (1,71 milyard dollar) vəsait veriləcək. Bu, 2026-cı ildə nəzərdə tutulan məbləğdən 53 milyard dram artıqdır.
Bildirilib ki, əlavə vəsait də daxil olmaqla, müdafiə büdcəsi silahlı qüvvələrin təminatına, hərbi infrastrukturun yenilənməsinə və ölkənin müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək.
Qeyd edək ki, Ermənistan 2026-cı ildə hərbi xərclərini əvvəlki illə müqayisədə təxminən 16 faiz azaltmışdı. Həmin il bu sahəyə 563 milyard dram (təxminən 1,46 milyard dollar) ayrılmışdı.
Xəbər 71 dəfə oxunub.